Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:15

Üç gücün eyni əldə olması hər şeyin sonudur


Charles-Louis Montesquieu

Charles-Louis Montesquieu

- Görkəmli fransız filosofu Charles-Louis Montesquieu'nin (Şarl Monteskye) “Qanunların ruhuna dair” əsərindən bir parça

"Qanunların ruhuna dair"

Oliqarxiyada şahın tiraniyası demokratiyada bir vətəndaşın apatiyasından daha təhlükəlidir.

"Böyük və sıx şəhərlərdə," Arılar Təmsilinin müəliifi yazır, “vətəndaşlar dərəcələrindən üstün paltarlar geyinirlər və böyük əksəriyyət tərəfindən qiymətləndirilməkdən, olduqlarından deyil, göründüklərindən zövq alırlar.”

Amma qanun və ədalət cildinə girmiş tiraniya da vətəndaş laqeydliyi qədər təhlükəlidir.

Qanunvericilik, idarə etmək və məhkəmə gücləri bir adamda və ya hakimlər toplusunda birləşibsə, orada azadlıq ola bilməz.

Siyasi azadlıq cəmiyyətdəki təhlükəsizlikdə hər bir insanın fikrindən doğan fikirlər sakitliyidir.

Bu azadlığa nail olmaq üçün hökumət bir adamın o birindən qorxmasına gərək olmayacaq şəkildə qurulmalıdır. Əks təqdirdə, azadlıq olmayacaq.

Qanunvericilik, idarə etmək və məhkəmə gücləri bir adamda və ya hakimlər toplusunda birləşibsə, orada azadlıq ola bilməz.

Çünki eyni hökmdarın və ya senatorun qəddar qanunlar qoyub bunları qəddarca tətbiq edə biləcəyi qorxusu ilə narahatlıqlar doğacaq.

Üç gücün eyni qüvvə tərəfindən tətbiq olunması hər şeyin sonu deməkdir.

Azad ölkədə hər insan öz idarəedicisi olmalı, qanunvericilik gücü xalqın əlində olmalıdır.

Böyük dövlətlərdə bunun imkansız olması səbəbindən və kiçik dövlətlərdə bu, bir çox narahatlıqlara yol açdığından, xalqın özünün birbaşa edə bilməyəcəyi işləri nümayəndələri görürlər.

Nümayəndəliyin ən böyük üstünlüyü ictimaiyyəti maraqlandıran problemləri müzakirə etmək qabiliyyətidir. Bütün sakinlər nümayəndələr seçilərkən səs haqqına sahib olmalıdır.

Yalnız azad bir dövlətdə qanunverici gücün qanunların necə icra edildiyini incələmək haqqı və imkanı olur.

Fəqət bu incələmənin mövzusu nə olusa olsun, qanunverici orqan bir insanı ittiham etmək gücünə malik olmamalıdır. Qanunverici orqanın insanları ittiham etdiyi və ya məhkum etdiyi an azadlığın bitdiyi andır.

Dövlətin monarxiya yox, respublika olması qədər onun azad hökumətinin olması da vacibdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG