Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:10

-

Al-Qaeda-nın qanadı olan Nusra Cəbhəsi rusiyalıların sünni müsəlmanları “pərakəndə qətlə yetirməsinə” qarşı addımlara çağırıb.

Nusra Cəbhəsinin lideri Abu Muhammad al-Golani oktyabrın 12-də YouTube-da yayılmış audio mesajda deyib ki, Rusiyanın hərbi müdaxiləsinin məqsədi Prezident Bashar al-Assad hakimiyyətini saxlamaqdır, ancaq bu, alınmayacaq.

Golani söyləyib ki, üsyançılar da Assad-ın azlıqda olan ələvilər təriqətinə qarşı hücumları gücləndirə bilərlər.

Radikal sünni Nusra Cəbhəsi Rusiyanın dəstəklədiyi Suriya qüvvələrinə qarşı döyüşən ən güclü qruplaşmalardan biridir. Rusiya Nusra və İslam Dövləti hədəflərini vurduğunu bildirir.

Ancaq Golani-nin sözlərinə görə, Rusiyanın zərbələri Suriya ordusuna qarşı savaşan üsyançı qrupları vurub, rəqib İD-nin nəzarətində olan ərazilər isə toxunulmaz qalıb.

“Üsyançı qüvvələr Assad hakimiyyətinə təhlükə yaratdığı məqamda rusiyalıları “yeni xaç yürüşü”nə başladılar və aydın bilirlər ki, İslam Dövləti rejimə təhlükə deyil,” Golani deyib. O, vəd edir ki, “rusiyalılar Əfqanıstanda üzləşdikləri dəhşətləri unudacaqlar”.

Günün bütün mövzuları

XS
SM
MD
LG