Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:12

-

Oktyabrın 12-də etirazçılar Kosovonun mərkəzi polis məntəqəsini mühasirəyə alıb. Səbəb tanınmış müxalif siyasətçinin həbsidir. Etirazçılar polisə beton parçaları, daş atıblar, polis gözyaşardıcı qazdan atəş açıb. Bir neçə yüz etirazçı müxalifət partiyasının təsisçisi Albin Kurti-nin buraxılmasını tələb ediblər.

Kurti ötən həftə Kosovo parlamentinə gözyaşardıcı qaz buraxıb. Bu, Kosovo-Serbiya münasibətlərinin normallaşmasını hədəfləyən, Avropa Birliyinin vasitəçilik etdiyi sazişə etiraz idi.

Albin Kurti-nin rəhbəri olduğu partiya facebook səhifəsində yazıb ki, onu Priştinadakı polis məntəqəsinə aparırlar və bütün tərəfdarlarını polis qarşısında toplaşmağa çağırıb. Polis onun dindirilmək üçün saxlandığını bildirib. Kurti buraxılıb.

Avqustda əldə olunmuş həmin razılaşmaya görə, Kosovo serb azlığına daha çox maliyyə və qanunvericilik hüquqları verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG