Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:01

Mənzilindən 5 kiloqram partladıcı tapılıb


Sözü gedən mənzil möhürlənib

Sözü gedən mənzil möhürlənib

Hazırda həbs olunanların dəqiq sayı bildirilmir. Yalnız bu xəbər verilib ki, həbs olunanlardan ikisi Moskva nəqliyyatında partlayış törətməyi planlaşdırıblar.

-

Moskva nəqliyyatında partlayış törətməyi planlaşdıran qrupun yaşadığı mənzildə 5 kiloqram partladıcı maddə tapılıb.

Bu barədə məlumat verən Federal Təhqiqatlar Xidməti (FTX) bildirib ki, həmin mənzildə 5 nəfər həbs edilib.

Media xəbər verir ki, gündüz saatlarında bu mənzilə xəfiyyələr tərəfindən üzübağlı bir qız gətirilib. Müxbirlər güman edirlər ki, FTX mənzildə dindirmə aparır.

Bu mənizldə əvvəllər Suriyada İŞİD təlimindən keçmiş 6-11 nəfər yaşayıb.

Hazırda həbs olunanların dəqiq sayı bildirilmir. Yalnız bu xəbər verilib ki, həbs olunanlardan ikisi Moskva nəqliyyatında partlayış törətməyi planlaşdırıblar.

Bu yaxınlarda Dövlət Antiterror Komitəsi bildirib ki, Strelbişşenksi küçəsində şübhəlilərin həbsi zamanı yaşayş binasının 120 sakini evakuasiya edilib.

XS
SM
MD
LG