Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:29

Avropa Birliyi bəyan edib ki, Rusiyanın Suriyaya hərbi müdaxiləsi münaqişənin dinc yolla həlinə yönəlmiş səyləri təhlükə altında qoyur və Rusiyanın Qərbin dəstəklədiyi üsyançıların mövqelərini vurması oyun qaydalarının dəyişməsi ilə bağlı narahatlıq doğurur.

Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri oktyabrın 12-də keçirdikləri görüşdə Moskvaya xəbərdarlıq ediblər ki, Rusiya Suriyada mötədil müxalifət döyüşçülərinin yox, İslam Dövləti qrupunun mövqelərini vurmalıdır.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogherini bildirib ki, Suriyada hərbi iştirak ABŞ,Avropa Birliyi və Rusiya arasında koordinasiya edilməlidir.

Rusiya sentyabrın 30-dan Suriyada hava əməliyyatları keçirir.

Moskva hədəfin İslam Dövləti qrupu olduğunu, Qərb isə prezident Bashar Assadla mübarizə aparan mötədil üsyançıların olduğunu deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG