Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:22

Belçika yığması gələn ay açıqlanacaq FİFA reytinqində ilk pilləyə yüksələ bilər.

Qol.Az-ın məlumatına görə, bunun üçün Belçika millisi "Avro-2016"nın seçmə mərhələsinin son turunda evdə İsrailə qalib gəlməlidir.

Komanda hazırda FİFA reytinqində üçüncü yerdədir.

Amma 1-ci və 2-ci yerdə gələn Almaniya və Argentina yığmaları bu ay keçirdikləri rəsmi görüşlərdə uduzublar.

Almaniya İrlandiyaya, Argentina isə Ekvadora məğlub olub.

Bu səbəbdən də Belçika İsrailə qalib gələrsə, xalını 1440-a qaldıraraq tarixində ilk dəfə FİFA reytinqinə başçılıq edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG