Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 05:59

Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında oktyabrın 12-də daha 3 Azərbaycan boksçusu yarımfinal görüşünə çıxacaq.

52 kq çəki dərəcəsində mübarizə aparan Elvin Məmişzadə əlcəzairli Muhammed Flissi rinqə çıxacaq.

60 kq çəkidə yarışan Albert Səlimov braziliyalı Robson Konseysao ilə, 69 kq çəkidə vuruşan Pərviz Bağırov isə qazaxıstanlı Daniyar Yeleusinovla döyüşəcək.

Görüşlər Bakı vaxtilə saat 21:00-da başlayacaq.

Qaliblər oktyabrın 15-də keçiriləcək final görüşünə vəsiqə qazanacaqlar.

Məğlublar isə yarışı bürünc medalla başa vuracaqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG