Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:01

Bakı Apellyasiya Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunusun şikayəti üzrə oktyabrın 11-nə təyin edilmiş ilkin baxış iclası təxirə salınıb.

Vəkil Elçin Qəmbərovun AzadlıqRadiosuna verdiyi məlumata görə, Leyla Yunus şikayətin rus dilində olan variantının elə həmin gün ona verildiyini əsas gətirərək tanışlıq üçün vaxt istəyib.

Hakim prosesi oktyabrın 15-dək təxirə salıb.

Şikayət Bakı Ağır Cinayətlər Məhkəməsinin avqustun 13-də çıxardığı hökmdəndir.

Məhkəmə Leyla Yunusu 8 il yarım, Arif Yunusu isə 7 il azadlıqdan məhrum edib.

Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar.

Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.

Bir sıra beynəlxalq təşkilatlar Leyla və Arif Yunusun həbsinin siyasi motivli olduğunu deyir və Azərbaycan hakimiyyətini onları azad etməyə çağırırlar.

Azərbaycan hökuməti isə ölkədə siyasi və ya vicdan məhbusu olmadığını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG