Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:19

-

Türkiyənin məşhur aktyoru Levent Kırca yatdığı xəstəxanada qaraciyər xərçəngindən həyata göz yumub.

«OLACAK O KADAR»-TAM 22 İL SÜRƏN PROQRAM!

«Milliyet» qəzetinin yaydığı xəbərə görə, 1948-ci ildə Samsunda doğulan sənətçi 1964-cü ildə AnkaraDövlət Teatrında səhnə həyatına atılıb. Çoxsaylı teatr və kinofilmlərdə rol alıb. LeventKırca 22 il boyunca yayımlanan televiziya proqramı «Olacak OKadar»ı hazırlayıb.

4 İLDİR KÖŞƏ YAZARIYDI

Son illər sənət həyatına fasilə verən aktyor gündəlik «Aydınlıq» qəzetinin köşə yazarı kimi fəaliyyət göstərirdi.

Ən son «Ulusal» kanalın idarə heyətinin sədri çalışırdı.

«ÖLSƏM, GÖZÜM AÇIQ GETMƏZ»

Ötən ay verdiyi müsahibəsində bu sözləri demişdi Levent Kırca: «Mən həyatın haqqını verərək yaşadım». Ölümdən qorxmadığını bildirmişdi. Və xaricə getməyərək dövlət xəstəxanasında müalicəyə başlamışdı. «Mən də Atatürk kimi özümü türk həkimlərinə əmanət etdim»- demişdi...

İKİNCİ XƏRÇƏNG: «BUDƏFƏKİ ÇOX DİŞLİ ÇIXDI»

Aktyor iki dəfə xərçəngə tutulduğunu da özünəməxsus şəkildə etiraf etmişdi: «2000-ci ildə qan xərçənginə tutuldum. O dönəm heç kimsəyə açıqlamadım bunu və gizli tutdum. Sonunda xərçəngin ayağından yapışıb kürəyini yerə vurdum. Amma budəfəki çox dişli çıxdı».

MUM HEYKƏLİ OLAN TƏK TÜRK

Levent Kırca Sankt-Peterburq Mum Heykəllər Muzeyində heykəli olan nadir Türk sənətkarlarındandır.

Ustad sənətkar ən son «Yaşam boyu onur» («Həyat boyu ləyaqət») ödülünə layiq görülmüşdü.

«ATATÜRK-LƏ QALIN, CÜMHURİYYƏTLƏ QALIN, XOŞCA QALIN»

Mərasimə göndərdiyi məktubda bu sözləri dilə gətirmişdi:

«1974-cü ildə TRT ilə (Türkiyə Radio və Televiziyası - red.) girdim həyatınıza. O gündən bu yana bir xeyli zamanınızı aldım. 41 il... Xatirələrinizdə mənə yer verdiyiniz üçün təşəkkür edirəm sizə... Sizinlə gözəl şeylər paylaşa bildimsə, demək, xoşbəxtəm. Bu an bir şeyi bilmirəm. Bilmirəm mənim nəslimdən olan insan öz çabalarının meyvəsini görməməyinə üzülsün, yoxsa daha pis halları yaşamadığına görə təskinlik tapsın... Woody Allen (məşhur sənətçi -red.) deyib ki: Bir rejissorun ən böyük xətası «pis ssenarini çəkib yaxşıya çevirərəm» deməsidir. Siz də rejissorsunuz. Ailənizi, işinizi yönəldirsiniz. Ətrafınızı yönəldirsiniz. «Bu an» yönəldənlərdənsiniz. Birləşib bu ssenarini dəyişdirin ki, filminiz yaxşı olsun. Dik durun. Ədalətli olun, səbirli olun, enerjinizin sirayət etməsinə imkan verin. Daha yaxşı bir dünyada görüşmək ümidiylə. Atatürk-lə qalın, Cümhuriyyətlə qalın, xoşca qalın!».

XS
SM
MD
LG