Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:08

ABŞ prezidenti Barack Obama bildirib ki, Rusiya prezidenti Vladimir Putin Dəməşqi dəstəkləməklə pis liderlik nümayiş etdirir.

Obama oktyabrın 11-də deyib ki, Putin özünün vahid müttəfiqi Bashar Assadı sonuncu sapla saxlamağa cəhd göstərmək üçünSuriyaya ordu və hərbçilər göndərir.

ABŞ prezidenti bildirib ki, əsas oyunçular etiraf etməlidilər ki, böhranı aradan qaldırmaq üçün Suriyada yeni hökumətə keçmək lazımdır.

Obamanın bu bəyanatı Suriya hökumətinin üsyançılar üzərinə hücuma keçməsi və xeyli irəliləməsi ilə bağlı məlumatlarla eyni vaxta düşür.

Qeyd edək ki, Rusiya sentyabrın 30-dan Suriyada hava əməliyyatları keçirir.

Rusiya Suriya münaqişəsində Bashar Assadın, ABŞ və onun müttəfiqləri isə üsyançıların tərəfini saxlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG