Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:29

-

Oktyabrın 12-də Yasamal rayon Məhkəməsində «Nikoil Bank»ın iqtisadçı Əkrəm Həsənova qarşı iddiası üzrə məhkəmə prosesi başlayıb.

Bank Əkrəm Həsənovdan və aznews.az portalından 35 min manat kompensasiya tələb edir.

Bank iddia edir ki, Əkrəm Həsənov avqustun 24-də Facebook-da «Əmanətimi hansı banka qoyum?» adlı paylaşımında işgüzar nüfuzunu ləkələyərək, ona zərər vurub: Yazıdan sonra əmanətçilər bankdan pullarını geri çəkməyə başlayıblar.

Əkrəm Həsənov bildirib ki, prosesə sədrlik edən hakim Zəfər Quliyev «Nikoil Bank»dan 50 min manat ipoteka krediti götürüb, buna görə də işi obyektiv apara bilməz. Hakim isə deyib ki, bu onun qərəzli olacağına əsas vermir. Bankın nümayəndəsi də bildirib ki, bankdan kredit almaq istənilən şəxsin hüququdur. Əkrəm Həsənov isə deyib ki, bir şəxsin digərinə borcu varsa, ondan necə obyektivlik gözləmək olar?:

«Həm də Xətai rayon Məhkəməsində baxılmalı iş məqsədli şəkildə Yasamal rayon Məhkəməsində bu hakimə düşüb».

Hakim məhkəməni oktyabrın 27-dək təxirə salıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG