Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:40

Çarli Çaplin: Gəncliyə gələcək verək


"Müasir zaman" filmindn Charlie Chaplin, 1936
"Müasir zaman" filmindn Charlie Chaplin, 1936

- "Gəlin yeni, ləyaqətli dünya uğrunda mübarizə aparaq, işləyək, gəncliyə gələcək verək, yaşlılara əmin-amanlıq verək. Bu şeyləri vəd etməklə bu alçaq donuzlar hakimiyyətə gəlirlər. Yalanla! Vədlərinə əməl etmirlər. Etməyəcəklər də! Diktatorlar özlərini azad edir, insanları kölə edirlər."

Çarli Çaplinin “Böyük diktator” filmindən (1940) monoloqu

Bağışlayın, amma mən imperator olmaq istəmirəm. Bu, mənə görə deyil. Heç kəsi idarə etmək, fəth etmək istəmirəm.

İstərdim hamıya kömək edim; milliyyətindən, rəngindən asılı olmayaraq. İnsan belədir, biz hamımız bir-birimizə kömək etmək istəyirik.

Bir-birimizin xoşbəxtliyi ilə yaşamaq istəyirik, səfalətilə, nifrətilə yox. Dünyada hər kəs üçün boş yer var, yer üzü zəngindir. İnsan azad və gözəl yaşaya bilər, amma yolumuzu itirmişik.

Tamah insan ruhunu zəhərləyib, dünyanı müharibə zonasına çevirib, bizi səfalətə gətirib çıxarıb və çoxlu qana töküb.

Sürət ixtira etmişik, amma özümüzü içəri qapatmışıq. Maşınlar çoxaldıqca ehtiyaclarımız artır. Biliyimiz bizi eqoist edir; ağlımız qeyri-səmimi edir.

Çox düşünüb, az hiss edirik. Maşından çox insanlığa ehtiyacımız var. Ağıldan çox xarakterə ehtiyacımız var. Həssas xarakter olmadan həyat zorakı olur.

Təyyarə və radio bizi bir-birimizə yaxınlaşdırır. Bu ixtiralar insan nəcabətilə tamamlanmalıdır.

Səsimin sizə çatdığı an dünyada milyonlarla kişi, qadın, uşaq iztirab çəkir, məsum insanlar həbslərdədir. Səsimi eşidən insanlara deyirəm, darıxmayın.

Heç nə əbədi olmadığı kimi, əzab da əbədi deyil. İnsan nifrəti ötüb keçəcək, diktatorlar öləcəklər, insanlardan aldıqları hakimiyyət insanlara qayıdacaq. Azadlıq heç vaxt ölməyəcək.

Əsgərlər! Quldarlıq uğrunda savaşmayın. Azadlıq uğrunda savaşın.

Əsgərlər! Sizi alçaldan bu insancıqların sizi qul yerinə qoymasına, həyatınızı idarə etməsinə, sizə nə etmək, nə düşümək, nə hiss etmək gərək olduğunu deməsinə imkan verməyin.

Özünüzü bu maşın ürəkli insanlara peşkəş etməyin. Quldarlıq uğrunda savaşmayın. Azadlıq uğrunda savaşın.

İncildə deyilir ki, Tanrı insanın içindədir. Bir qrup insanın yox, bütün insanların! Tanrı səndədir! Sənin qüdrətin var, səadət yaratmaq qüdrətin.

Bu həyatı azad və gözəl, yaxşı bir macəra etmək gücünüz var. Demokratiya naminə, gəlin bu gücümüzdən istifadə edək. Qoy o, bizi birləşdirsin.

Gəlin yeni, ləyaqətli dünya uğrunda mübarizə aparaq, işləyək, gəncliyə gələcək verək, yaşlılara əmin-amanlıq verək.

Bu şeyləri vəd etməklə bu alçaq donuzlar hakimiyyətə gəlirlər. Yalanla! Vədlərinə əməl etmirlər. Etməyəcəklər də! Diktatorlar özlərini azad edir, insanları kölə edirlər.

Gəlin o vədləri biz yerinə yetirək. Azad dünya uğrunda savaşaq.

Milli sərhədlərin, tamahkarlığın, nifrətin, dözümsüzlüyün bizi idarə etməsinə imkan verməyin. Ağıllı dünya üçün mübarizə aparın, elə bir dünya üçün çalışın ki, orada elm və inkişaf insan xoşbəxtliyinə aparsın.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG