Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:26

İlqar Məmmədovun şikayətinə baxılacaq


İlqar Məmmədov.
İlqar Məmmədov.

-

Oktyabrın 13-də saat 16:20-də Ali Məhkəmədə REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun işi üzrə kasasiya şikayətinə baxılacaq.

Bu haqda İlqar Məmmədovun vəkili Fuad Ağayev məlumat verib.

İlqar Məmmədov məhkəmədə iştirak etməyəcək.

Ali Məhkəmənin bu işlə bağlı ilk iclası yanvarın 13-də olmuşdu.

İlqar Məmmədov 2013-cu il fevralın 4-dən həbsdədir. O, həmin il yanvarın 23-24-də İsmayıllıda baş vermiş hadisələr zamanı həbs olunub, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi 2014-cü ilin mayında İlqar Məmmədovun azadlıq hüqu və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Məhkəmənin qərarına əsasən, Azərbaycan dövləti dəymiş mənəvi ziyana görə İlqar Məmmədova 22 min avro təzminat ödəməlidir.

XS
SM
MD
LG