Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:59

-

Bunu ANS-ə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədri namizədlərə pulsuz efir vaxtı verilməməsi haqqında deyib: «Keçən dəfəki, parlament seçkilərində 60 dairədən yuxarı YAP-dan başqa heç bir siyasi partiyanın namizədliyi qeydə alınmamışdı. Seçki Məcəlləsinin tələbinə görə, ödənişsiz efir vaxtı 60-dan artıq dairədə namizədliyi qeydə alınan siyasi partiyalar olanda, dəyirmi masa şəklində ödənişsiz verilir. Keçən dəfə namizədlərə pulsuz efir vaxtının verilməsi MSK-nın təşəbbüsü idi ki, prezident də bunu dəyərləndirdi və büdcədən ona vəsait ayrıldı. Bu nə məcəllədə, nə də heç bir qanunda yox idi».

«Seçkilərin nəticələrinin tanınması ilə bağlı problem gözlənilmir ki» sualına cavabında MSK sədri deyib ki, əsas Azərbaycan ictimaiyyətinin razı qalmasıdır: «Bütün dünyada olduğu kimi, Azərbaycan ictimaiyyəti əmin olsun ki, seçkidə zəifin, azlığın səsi də eşidilir. Bu baxımdan bizdə deyilən qədər problem yoxdur. Heç bir ölkədə müxalifətin dediyini iqtidar tərifləmir ki? Demir ki, yaxşıdır. Bizdə stereotip fikirlər var. Biz Sovet sisteminin məhsuluyuq, elə başa düşürük ki, kimsə tənqid olunursa, pis deyirsə, deməli o pisdir. Amma bu bir həqiqətdir ki, ideal cəmiyyət mümkün ola bilməz».

Vahan Martirosian

Vahan Martirosian

«AZƏRBAYCANDA YENİ DOSTLARIM VAR»

Bunu «Trend» agentliyinə Azərbaycandan siyasi sığınacaq istətmiş Ermənistanın «Ölkədaxili milli azadlıq hərəkatı»nın rəhbəri Vahan Martirosian deyib.

Martirosian bildirib ki, ailəsi ilə birlikdə Azərbaycanda özünü yaxşı hiss edir: «Gözəl insanlar, gözəl şəhər, bizə münasibət normaldır və hətta burada yeni dostlarım da var».

Martirosian ölkəsindəki vəziyyət haqda da danışıb: «Sarkisian əlaltılarının xırda fırıldaqçı psixologiyası var. Onlar hər şeyi satır. Hətta onlar Yerevanın mərkəzində XİN-in binasını, Müdafiə Nazirliyinə məxsus Ermənistanın ən məşhur idman-konsert kompleksini belə satdılar. Görünməmiş oğurluqlar baş verir, xüsusilə qondarma «soyqırımı»nın yüzilliyinə həsr edilmiş tədbirlərə milyardlarla dollar xərclənməsindən sonra xəzinə boşalıb. Yəni ki, de-fakto olaraq bu tədbirləri keçirmək üçün onlar yeni «soyqırımı» törədiblər».

RAYON MAŞINLARININ SAXLANILDIĞI DAYANACAQ

«Bizim Yol» qəzeti yazır ki, rayon maşınlarının günün müəyyən saatlarında Bakıya girişi qadağa olunsa da, onlara qadağa saatlarında paytaxtda rast gəlmək mümkündür:

«Şahidi olduq ki, Bakı qeydiyyatında olmayan avtomobillər yaxınlıqda olan xüsusi dayanacaqlara, ya da geri yönləndirilir. Yalnız Abşeron rayonunda qeydiyyatda olan avtomobillərin girişinə məhdudiyyət yoxdur. Bu da onunla əlaqələndirilir ki, bəzi sürücülərin evləri xüsusi dayanacağın olduğu ərazidən sonra yerləşir. Polislər Bakı qeydiyyatında olmayan avtomobillərin rüşvət qarşılığında paytaxta buraxılması barədə xəbərlərin həqiqətə uyğun olmadığını dedilər».

YAP HƏR SEÇKİYƏ QƏLƏBƏ ƏZMİ İLƏ QATILIR

«Səs» qəzeti yazır ki, hakim partiya bu seçkidən də qalib çıxacaq.

«Yeni Azərbaycan Partiyasının yarandığı gündənbu günədək tutduğu yola sadiq olmuş, populist vədlər verməmiş, dövlətə, xalqa xidməti fəaliyyətinin əsası kimi qəbul etmişdir. Məhz sözlə əməl birliyi onun cəmiyyətdə nüfuzunu daha da artırmış, sıraları kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmlənmişdir. Bu gün partiyanın sıralarında 670 mindən artıq üzvün birləşməsi də Heydər Əliyev ideyalarına sədaqətin, prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə inamın göstəricisidir. Nəinki ölkənin, bütövlükdə regionun aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının ölkədə keçirilən hər bir seçki prosesindən qələbə ilə çıxmasını şərtləndirən əsas amillərdən biri də məhz sözlə əməl birliyidir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG