Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:43

Putin Səudiyyə naziri ilə görüşür


Vladimir Putin (sağda) iyunda da Mohammad Bin Salman-la görüşüb

Vladimir Putin (sağda) iyunda da Mohammad Bin Salman-la görüşüb

-

Rusiya prezidenti Vladimir Putin oktyabrın 11-də Səudiyyə Ərəbistanının müdafiə naziri ilə görüşüb. Moskva məqsədin iki ölkənin Suriyada əməkdaşlığını gücləndirmək olduğunu deyib.

Səudiyyənin müdafiə naziri kralın oğlu Sheikh Mohammed bin Salman-dır. Rusiyanın xarici işlər naziri Sergei Lavrov görüşdən sonra deyib ki, hər iki ölkə Suriya münaqişəsi üzrə əməkdaşlıq etmək, “terrorçu xilafətin” yaranmasını önləmək istəyir.

“Hər iki tərəf əməkdaşlığı irəlilətmək istəyir,” Lavrov deyib.

ABŞ rəsmiləri və Assad-ın regiondakı düşmənləri Rusiyanın Suriyaya hava zərbələrini qınayıb, daha çox mötədil üsyançı qruplara zərbələr endirildiyini deyib.

Vaşinqton və Səudiyyə Assad-ın hakimiyyətdən getməsini istəyir, Rusiya buna qarşı çıxır.

Günün bütün mövzuları

XS
SM
MD
LG