Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:04

-

Belarus prezidenti Alyaksandr Lukashenka 5-ci müddətə bu posta seçilib. Seçki rəsmiləri onun səslərin 83.49 faizini topladığını bildirirlər.

«Havary Pravdu» (Həqiqəti De) müxalifət hərəkatının namizədi Tatsyana Karatkevich 4.42 faiz səslə ikinci yerdə gəlir.

6.5 faiz bütün 4 namizədin əleyhinə səs verib.

PİS ƏLAMƏT

Lukashenka-nın rəqiblərindən ikisi hələ rəsmi nəticələr elan olunmamışdan onu qələbə münasibətilə təbrik edib.

Oktyabrın 11-də keçirilmiş seçkidə seçicilərin 86.7 faizi iştirak edib.

Lukashenka seçki günü deyib ki, 2010-cu il seçkisindən az səs yığsa, bu, pis əlamət sayılar. O vaxt səslərin 79.65 faizini toplamışdı. Müxalifətin etirazları isə hakimiyyət tərəfindən qəddarlıqla dağıdılmışdı.

«Bu, o demək olar ki, adamlar mənim siyasətimdən narazıdır. Bu səbəbdən mənim üçün bu, çox önəmlidir», - Lukashenka deyib.

Mərkəzi Seçki Komissiyası oktyabrın 10-da bildirib ki, 7 milyon seçicinin 36 faizi seçki günündən öncə səs verib. Müxalifət təmsilçiləri dövlət qulluqçuları, xəstəxanada yatanlara, tələbələrə erkən səs vermək üçün təzyiq olunduğunu deyir.

Minskdə müxalifətin etiraz aksiyası - 11 oktyabr 2015.

Minskdə müxalifətin etiraz aksiyası - 11 oktyabr 2015.

ATƏT PA-nın nümayəndə heyətinə başçılıq edən James Walsh «The Associated Press»ə deyib ki, «Bir ölkədə bir neçə gün seçki keçirilməsi qeyri-adi haldır». J.Walsh müşahidəçilərin seçki qutularının təhlükəsizliyi sarıdan narahat olduğunu söyləyib.

SABİTSİZLİYƏ İMKAN VERİLMƏYƏCƏK

Lukashenka 21 ildir Belarusa rəhbərlik edir. 1994-cü ildən bəri Lukashenka heç vaxt 75 faizdən az səs toplamayıb. Müxalifət və beynəlxalq müşahidəçilər seçkiləri tənqid edib.

11 yaşlı oğlu Kolya ilə birlikdə səsverməyə gələn Lukashenka müxalifət liderlərinə xəbərdarlıq edib ki, seçki bitəndən sonra qayda-qanuna əməl etsinlər. «Heç kəsə sabitsizlik yaratmağa imkan verməyəcəyik», - o, deyib.

Bir gün öncə Minskdə müxalifət tərəfdarları razılaşdırılmamış aksiya keçiriblər. Prezidentliyə keçmiş namizədlər Mikalay Statkevich və Uladzimir Nyaklyaeu seçkini boykota çağırıblar. Polis müdaxilə etməyib.

Seçki məntəqələri bağlanandan sonra təxminən 200 fəal Minskin mərkəzində nümayişə çıxıb. Onlar Lukashenka diktaturasını pisləyən plakatlar qaldırıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG