Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:09

-

Rusiyanın Suriyaya hava kampaniyası ilə eyni zamanda Suriya qüvvələrinin üsyançılara qarşı mövqelərini möhkəmləndirdiyi bildirilir.

Dəməşq və müxalifət fəalları oktyabrın 11-də məlumat yayıblar ki, hökumət şimal-qərbi İdlib və qonşu Hama vilayətində irəliləyib.

Rusiya son 24 saat ərzində Hama, Latakya, İdlib və Raqqa vilayətlərində təyyarələrinin 60-dan missiya həyata keçirdiyini bəyan edib. Rusiya həmçinin əsas hədəfinin İslam Dövləti (İD) silahlı qruplaşması olduğunu bildirir.

Rusiya dövlət televiziyasına müsahibəsində Putin deyib ki, Moskvanın məqsədi Suriya prezidenti Bashar al-Assad-ın “qanuni hakimiyyətini sabitləşdirmək” və Suriyada “siyasi kompromis üçün şərait yaratmaqdır”.

Putin həmçinin Rusiya hava zərbələrinin İD yaraqlılarını deyil, mötədil müxalifət qruplarını vurduğunu təkzib edib.

Birləşmiş Ştatlar və müttəfiqləri Rusiyanın Assad-a dəstəyini “səhv” adlandırıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG