Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:19

Lukashenka 5-ci dəfə prezident olur


Alexander Lukashenka səs verəndən sonra mətbuat konfransı keçirir

Alexander Lukashenka səs verəndən sonra mətbuat konfransı keçirir

-

Belarus prezidenti Alyaksandr Lukashenka 5-ci müddətə bu posta seçilib. Seçki rəsmiləri onun səslərin 83.49 faizini topladığını bildirirlər.

Havary Pravdu (Həqiqəti De) Müxalifət hərəkatının namizədi Tatsyana Karatkevich 4.42 faiz səslə ikinci yerdə gəlir.

Oktyabrın 11-də keçirilmiş seçkidə seçicilərin 86.7 faizi iştirak edib.

Lukashenka seçki günü deyib ki, 2010-cu il seçkisindən az səs yığsa, bu, pis əlamət olar. O vaxt səslərin 79.65 faizini toplamışdı. Müxalifətin etirazları isə hakimiyyət tərəfindən qəddarlıqla dağıdılmışdı.

Seçki məntəqələri bağlanandan sonra təxminən 200 fəal Minskin mərkəzində nümayişə çıxıb. Onlar Lukashenka “diktatura”sını pisləyən plakatlar qaldırıblar.

Lukashenka 21 ildir Belarusa rəhbərlik edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG