Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:10

“Washington Post” qəzetinin müxbiti Jason Rezaian-ə hökm oxunub. Bunu barədə oktyabrın 11-də İran məhkəməsinin sözçüsü Gholamhossein Mohseni Ejeie məlumat verib.

Amma o hökmün detalları barədə məlumat verməyib.

“Hökmdən apellyasiya şikayəti verilə bilər. Hələ ki müraciəti üçün vaxt bitməyib. Ona görə də məhkəmə hələ ki gözləyir, amma əgər şikayət olmasa, onda hökm bitmiş hesab olunacaq” – deyə sözçü bildirib.

İran qanunlarına görə, məhkəmənin hökmündən 20 gün ərzində apellyasiya şikayəti verilə bilər.

ABŞ və İran vətəndaşlığı olan Jason Rezaian casusluq ittihamı ilə bir ildir ki, İranda həbsdədir.

“Washington Post”, ABŞ hökuməti və mətbuat azadlığı təşkilatları jurnalistin həbsini kəskin pisləyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG