Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:23

İran oktyabarın 11-də yeni uzaq mənzilli raketin uğurlu sınağını keçirdiyini dildirir.

İranın müdafiə naziri Hossein Dehghan bildirib ki, bu, hədəfədək idarə və nəzarət oluna bilən ilk uzaq mənzilli İran raketidir.

“Fars” xəbərlər agentliyi “Emad” adlı raketin fotolarını çap edib, amma raketin maksimum uçuşu və ya digər imkanları barədə məlumat verməyib.

Beynəlxalq starateji tədqiqatlar mərkəzinin əməkdaşı Anthony Cordesman yanvarda bu raketin 1770 km məsafə qət etdiyini, 500 metrlik dəqiqliklə vurduğunu və 750 kg yük daşıya bildiyini demişdi.

Amma raketin nə vaxt sınaqdan keçirildiyi bəlli deyil.

Qeyd edək ki, bu yaxınlarda İranla əldə edilmiş nüvə sazişindən sonra BMT təhlükəsizlik şurasının düzəliş edilmiş yeni qətnaməsi İranı nüvə silahı daşıya bilən ballistik raketlər üzərində işləməməyə çağırır.

İranla nüvə sazişində Tehranın nüvə fəaliyyətini dayandırması, əvəzində ona qarşı beynəlxalq sanksiyaların qaldırılması və ya yüngülləşdirilməsi nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG