Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:54

Oktyabrın 10-da Ankarada törədilmiş partlayışda ölənlərin sayı 95 nəfərə çatıb, 245 yaralı var. Yaralılardan 48-nin vəziyyəti ağırdır.

Prezident Recep Tayyib Erdogan partlayışı pisləyib və ölkədə 3 günlük matəm elan olunub.

Hadisə baş verən gün yüzlərlə etirazçı İstanbulda, hökumət əleyhinə aksiya keçiriblər.

Bu partlayışa görə ölkədə hakimiyyəti günahlandırırlar.

Kütlə böyük olduğundan təcili yardım maşınları yaralılara vaxtında yetişə bilməyib və yaralılar çox qan itirib.

Qan qıtlığı olduğundan, insanları qan verməyə çağırırlar.

Baş nazir Ahmed Davudoglu bəyan edib ki, terrorçular ölkədə birliyi poza bilməyəcək.

Partlayışın intiharçılar tərəfindən törədilməsi ehtima olunur, amma bu barədə hələlik rəsmi açıqlama verilməyib.

Terror aktını Birləşmiş Ştatlar da pisləyib, bunu “dinc nümayişçilərə qarşı çirkin terror hücumu” adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG