Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:06

-

«Nuriyyə xanım yetim kimi yaşadı, elə yetim kimi də öldü. Onun heç kimi yox idi, evsiz-eşiksiz qalmışdı. Ona görə də meyiti elə çöldən götürüləcək...».

Oktyabrın 10-da vəfat edən xalq artisti Nuriyyə Əhmədovanın dostu, əməkdar artist Nahidə Orucova mərhum haqqında musavat.com-a belə deyib.

Aktrisa öz vəsiyyəti ilə Şüvəlan qəbiristanlığında oğlunun və qızının yanında torpağa tapşırılıb.

BAKIYA BURAXILMAYAN KƏNDLİ GERİ DÖNÜB NƏ ETSİN?

«Bizim Yol»a danışan İmişli sakini deyib ki, rayon maşınlarının Bakıya buraxılmaması haqda verilən qərardan narazıdır: «Yaxşı, deyirlər gəlməyin, gəlməyək. Ancaq biri bizə desin ki, rayonda işimizi necə quraq? Nələr edə bilərik axı? Nə alıcılıq qabiliyyəti var, nə iş yerləri var, nə də bizə kömək edib, yol göstərən kimsə».

Bakıda tıxac.

Bakıda tıxac.

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, gələcəkdə Bakıda da iş yerlərinin qapanması, iqtisadi aktivliyin zəifləməsi müşahidə olunacaq: «İki dəfə regionların inkişaf planı qəbul olunub. Ancaq regionların nə ümumi daxili məhsulda, nə büdcənin formalaşdırılmasında payı artmayıb. Yəni büdcədə regionların payı 3-4 faizi keçmir. Bunun özü göstərir ki, regionlarda iqtisadi vəziyyət hansı durumdadır. Azərbaycan hökuməti bununla bağlı ciddi planlar hazırlayıb, həyata keçirməli idi. Çox təəssüf ki, iki dəfə qəbul olunmuş regionların inkişaf planı tezislərdən və pafoslu sözlərdən uzağa gedə bilmədi».

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov da «Bizim Yol»a şərhində bildirdi ki, regionlarda vəziyyət çox gərgindir: «Son zamanlar Rusiyada və digər ölkələrdə problemlər yaranıb. Bizim regionda yaşayan əhalinin çox hissəsi demək olar ki, geri qayıdıb. Elə işsizlərin sayı regionlarda artıb. Həm də bölgələrdə istehsalkifayət qədər olmadığından, bazara giriş olmadığı, həm də hökumət idxala meylli olduğu üçün çox ciddi problemlər yaranıb. Bir tərəfdən əhalinin gəliri azalıb, digər tərəfdən isə işsizlərin sayı çoxalıb».

Nardaranda seçkilər - 2013.

Nardaranda seçkilər - 2013.

BÜTÜN SEÇKİLƏR ŞƏFFAF OLUB

«Xalq» qəzeti yazır: «Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün mükəmməl qanunvericilik bazası və münbit şərait var».

Məqalədə deyilir ki, dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanda keçirilmiş 23-dək seçki öz şəffaflığı ilə yadda qalıb.

Qəzet səsvermə prosesinin şəffaflığının təmin olunması istiqamətində mühüm addımlar atıldığını da qeyd edir: «Xüsusilə də seçkilərin keçirilməsində informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi artıq ənənə halını almışdır. Məsələn, seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsinə dair qaydaların tətbiq edilməsi səsvermə prosesinin şəffaflığının daha da artmasına şərait yaratmışdır».

Məqalədə deyilir ki, ötən illərdə olduğu kimi, qarşıdakı parlament seçkilərini internet üzərindən izləmək mümkün olacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG