Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:45

-

Sahibindən qaçandan sonra bir aydır Florida əhalisini qorxu içində saxlayan təhlükəli kral kobrasının fərariliyi başa çatıb. Onu evlərdən birində paltarqurudan maşında yaxalayıblar.

Çox zəhərli olan Elvis adlı ilan sahibindən sentyabrın 1-də Floridanın Okoi şəhərində qaçıb. Bu qaçışdan dərhal sonra insanlara çox ehtiyatlı olmaq barədə xəbərdarlıqlar edilib. Eyni zamanda misli görünməmiş miqyasda axtarışlara başlanılıb.

KRAL KOBRASI PALTARQURUDAN MAŞINA SIĞINIB

Axtarış davam etdiyi günlərdə sakinlərdən biri qarajındakı paltarqurudan maşından fısıltı səsi eşidib. Tez ilantutanlara xəbər verib. Üçmetrlik Elvis-i tutmaq üçün hadisə yerinə düz üç ayrı heyvan xidmətinin işçiləri gəlib. Onlardan biri Billy Ledford deyib: «İlanı tutduqdan sonra onu ilan qutusuna qoymağa çalışsaq da, ora yerləşmirdi».

Kobra sahibinin həyat yoldaşı olan Valerie Kennedy tutulan ilanın məhz Elvis olduğunu təsdiqləyib.

ELVIS SAHİBLƏRİNƏ QAYTARILIB

Florida Vəhşi Heyvanları Mühafizə Komissiyası da kral kobrasının mikroskopik identifikasiyasını aparıb. Bundan sonra onun öz sahibinə qaytarılmasına icazə verib.

İlanın sahibi Mike Kennedy də az əziyyət çəkməyib. Təhlükəli heyvanın yoxa çıxmasından dərhal sonra lazımi orqanlara məlumat vermədiyinə görə əvvəlcə inzibati məsuliyyətə cəlb olunub. Ancaq sonradan işə xitam verilib.

Mike-nin həyat yoldaşı isə özünün Twitter hesabında yazıb ki, ilan xeyli zəifləsə də, sağ-salamatdır. Qadın heç kəsin zərər görməməsinə görə çox sevindiklərini bildirib.

SABAH ŞİR DƏ EV HEYVANI SAYILAR

Elvis sosial şəbəkə istifadəçilərinin də diqqətini cəlb edib. «Bu cür heyvanları saxlamaq, ümumiyyətlə, qadağan edilməlidir. İşə baxan hakim hansı ağılla ilanın sahibini məsuliyyətdən azad edib? Belə hakimləri mantiyadan məhrum etmək lazımdır. Sabah başqa bir hakim də şirin ev heyvanı kimi saxlanmasını qanuniləşdirər»- Richard adlı birisi yazır.

Bir başqa istifadəçi Mattew yazır ki, bu əməl inzibati xəta yox, cinayət sayılmalıdır: «Floridada piton ilanın problem olduğunu unutmayaq. Bu problem ondan yaranıb ki, hansısa bir –iki axmaq yerli təbiətə yad olan bu ekzotik heyvanı əyləncə və ya lovğalıq üçün ölkəyə gətirib. Bu cür adamlar təkcə yerli ekosistemi deyil, həm də insanları təhlükə altına atdıqlarına görə cinayət əməlində ittiham olunmalıdırlar».

Günün bütün mövzuları

XS
SM
MD
LG