Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:49

-

ABŞ Konqresinin Nümayəndələr Palatası Amerika neftinin ölkə xaricinə çıxarılması ilə bağlı 40 ildir qüvvədə olan qadağanın götürülməsinə səs verib. Səsvermə oktyabrın 9-da keçirilib.

261 konqresmen bu qanun layihəsinin lehinə, 159 nəfər əleyhinə səs verib.

«Qara qızıl»ın ölkədən ixracı haqda qadağa ötən əsrin 70-ci illərində ərəb ölkələrinin Amerikaya neft satmaq embarqosundan sonra qüvvəyə minmişdi. Bu embarqo ABŞ-dabenzinin kəskin bahalanmasına səbəb olmuşdu.

Bu günsə Amerika neft şirkətləri bazarı genişləndirmək üçün qadağanın qaldıdırılmasına çalışırlar.

Obama administrasiyası isə hələ də qadağanın qüvvədə qalmasının tərəfdarıdır.Ağ Ev hesab edir ki, bu qadağanın götürülməsi neft gəlirlərinin artmasına çox cüzi təsir göstərəcək. Konqresə isə daha vacib məsələyə - karbohidrogen ehtiyatlarından daha az asılı olan enerji sahəsinə diqqət yönəltməyi tövsiyə edir.

Qadağanın götürülməsi ölkədə benzinin qiymətinin bahalanmasına da gətirə bilər.

Konqresdən keçən layihə daha sonra Senata təqdim olunacaq. Burda onun şansı birmənalı qiymətləndirilmir.

Neft bazarısa bu qərara hələlik çox zəif reaksiya verib, neftin qiyməti cəmi 0.4 faiz artıb. Şimali Amerika neftinin bareli 49.63 dollardır.

Günün bütün mövzuları

XS
SM
MD
LG