Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:14

-

«Qəribə adam» adlanan bu radio-dastan tanınmış xanəndə və milli opera Məcnunlarından birinin - Baba Mahmudoğlunun onsuz keçən 75 illik yubileyinə həsr olunur.

MARSEL. 8İYUL 2005-Cİ İL

2005-ci ilin iyulunda Baba Mahmudoğlu Fransada keçirilən «Gözəl səslər» beynəlxalq musiqi festivalından qalib kimi vətənə dönmüşdü. «İz» proqramı onu AzadlıqRadiosunun Bakı bürosuna dəvət edib söhbətləşmişdi. Baba Mahmudoğlunun «qəribə adam»lığı elə ilk söhbətdən üzə çıxmışdı. Suallardan birini musiqi gəzişməsi ilə cavablayan xanəndə söhbətin sonunda bunuözü də etiraf etmiş və «Mən qəribə adamam!..» - demişdi...

37 DƏQİQƏLİK SƏSYAZISI

Xanəndə ilə düz 37 dəqiqəlik – proqramın efir müddətini xeyli aşan bir söhbət alındı. O səbəbdən həmin söhbətin heç yarısından da istifadə edilmədi. İndi 11ildir «İz»in arxivində qalan müsahibə diqqətə yetirilir.

ONU ÖLÜMDƏN 1 İL 4 AY AYIRIRMIŞ...

İl: 2005. Ay: 8 iyul. Çox cavan görünən Baba Mahmudoğlu böyük həvəslə, gerçəkyaradıcılıq eşqiylə qastrolda olduğu ölkələrdən, gördüyü insanlardan danışır, gələcək planlarını açıqlayır. Heç ağlına da gəlmir ki, bu söhbətdən cəmi 4 ay sonra, az qala, bütün ömrünü verdiyi Opera və Balet Teatrından təqaüdə göndəriləcək və unudulacaq...

O teatrın Məcnunu həmin sənət ocağından yalnız 1 il və 1 ay ayrı qaldı...

2006-cı il dekabrın 6-da insult keçirən sənətkar gözlərini əbədi yumdu...

Onu son mənzilə də sevdiyi teatrdan yola salmadılar...

ÖMÜR TARİXÇƏSİ

Baba Mahmud oğlu Mirzəyev 1940-cı ilin oktyabrında Qazaxda doğulub.

1956-cı ildə orta məktəbi qızıl medalla bitirərək Neft Akademiyasına (ovaxtkı adıyla Neft və Kimya İnstitutuna) daxil olub. Yaxşı səsini görən tələbə dostları onu əfsanəvi xanəndə Seyid Şuşunskinin yanına aparıblar. Beləcə, Baba Mirzəyev (sonradan ata adı bu soyadını əvəzləyib) o zamanlar Asəf Zeynallı adına Musiqi Məktəbində muğamın sirlərini öyrədən Seyid Şuşinskinin yetirməsinə çevrilib. Daha sonra dövrün say-seçmə ansambllarında solist olub və 1962-ci ildən Opera və Balet Teatrında çalışmağa başlayıb. «Leyli və Məcnun»da Məcnun,«Aşıq Qərib»də Aşıq Qərib, «Əsli və Kərəm»də Kərəm, «Koroğlu»da təlxək, «Şah İsmayıl»da Şah İsmayıl, «Xanəndənin taleyi»ndə Mir Seyid obrazlarını yaradıb.

MİLLİ OPERANIN ƏN «DƏLİ», ƏN ÇILĞIN MƏCNUNU...

Baba Mahmudoğlu fərqli Məcnunlardan olub və bəlkə də, gerçəkdən ruh sarsıntısı keçirən insanları xatırladıb. Xanəndənin öz sözlərinə görə, Məcnun obrazını canlandırmazdan öncə aylarca ruhi xəstələr dispanserinə gedərək psixoloji sarsıntı yaşayan adamları izləyib.

1992-ci ildə xalq artisti adını alıb. 2005-ci ildə təqaüdə göndərilib...

BU «İZ»İ İTİRMƏYİN...

Oktyabrın 11-də saat 23-də AzadlıqRadiosunun«Qəribə adam» radio-dastanında gerçək xalq sənətkarı Baba Mahmudoğlunun xatirəsi anılacaq.

Bu «İz»i itirməyin.

Günün bütün mövzuları

XS
SM
MD
LG