Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:35

"O boyda yol gəliblər, təklif etdikləri işə bax"


►Kimi yeni iş yeri, kimi də təhsil ocağı sorağı ilə 9-cu dəfə keçirilən təhsil və karyera sərgisinə üz tutub.

Sərgi salonunun önündəsə basabas görünür. Sərginin keçirildiyi Bakı Expo mərkəzinə adamların ardı-arası kəsilmədən gəlməsi və salona yalnız bir girişin olması tıxac yaradıb.

Sərgi salonundasa stendlər qurulub, 16 ölkədən 124 müəssisə öz imkanlarını təqdim edir.

Salonda gözə dəyən əsasən gənclərdir. Maraqla əllərindəki broşürləri vərəqləyir, guşələrdəki nümayəndələrə suallarını yağdırırlar. Bəs görəsən aradıqlarını tapa bilirlərmi?

- Təəssüf ki, burda iştirak edən şirkətlərin təklifləri çox azdır. 1-2 iş yeri təklif edirlər. Təklif də nə olsa yaxşıdır? Operator köməkçisi... Ondan ötrü yığışıb o boyda yolu gəliblər bura.

- Bir çox mövzularda yaxşı vakansiya var. Ancaq bəzi çətinliklər var. Bir çox şirkətlər təcrübəli işçi tələb edir.

- Mən müəllimə ixtisasını oxuyuram. Axtardım ixtisasıma uyğun yer. Maraqlanırdım ki, vakansiya varmı? Ancaq özümə uyğun heç nə tapmadım.

- İş yeri axtarırdım. Jurnalistika fakültəsində oxuyuram. Ixtisasıma uyğun iş yeri üçün baxıram. Bəlkə nəsə tapdım.

Buna da bax: Ondan xərçəngin dərmanını tapmağı gözləyirlər

​Sərgi “Caspian Event Organisers” şirkətinin təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə keçirilir.

Bu il sərgidə Azərbaycan, Türkiyə, Rusiya, Latviya, Litva, Niderland Krallığı, Polşa, ABŞ, Qazaxıstan, İsveçrə, Macarıstanın guşələri gözə dəyir.

Təhsil eksperti Ramilə Mürşüdova deyir ki, Amerikada təhsillə bağlı gələnləri məlumatlandırır.

“Amerikada təhsillə bağlı məlumat veririk. Maraq çoxdur. Səhərdən günortaya qədər 1000-ə yaxın adamla söhbət etmişik.”

Buna da bax: "Gözləyirlər, bina çöksün, altında qalaq?”

Sərgi çərçivəsində ziyarətçilərə bakalavr, magistratura, “MBA” proqramı, işgüzar xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim olunur.

Sərgi oktyabrın 11-nə kimi davam edəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG