Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:30

Qazaxıstan Ukraynaya yardım edəcək

Kazakhstan -- Kazakh President Nursultan Nazarbaev (R) shows the way to Ukrainian President Petro Poroshenko during a welcoming ceremony at the Akorda presidential residence in Astana, October 9, 2015

Ukrayna və Qazaxıstan prezidentləri oktyabrın 9-da Astanada ikitərəfli münasibətlər və Ukrayna münaqişəsini müzakirə ediblər.

Petro Poroshenko görüşdən sonra bildirib ki, son vaxtlar atəşkəsə əməl edilməsi fevralda Minskdə imzalanmış razılaşmanın tam həyata keçirilməsinə ümid verir.

Nazarbayev isə bildirib ki, Qazaxıstan Minsk sülh sazişini dəstəkləyir və ona alternativ yoxdur.

Nazarbayev həmçinin ölkəsinin Qırmızı Xaç Təşkilatının vasitəsi ilə müharibədən zərər çəkən Ukraynanın şərq regionlarına ərzaq və maliyyə yardımını davam etdirəcəyini bildirib.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qoşunları ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 7900-dən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG