Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:51

Avropa Birliyi bəyan edib ki, oktyabrın 11-də Belarusda keçiriləcək prezident seçkiləri zamanı siyasi repressiyalara yol verilməsə, prezident Alyaksandr Lukashenka da daxil olmaqla 140 Belarus rəsmisinə qarşı sanksiyaları dayandıracaq.

Söhbət bank hesablarının dondurulması və viza qadağasının oktyabrın sonunda 4 aylıq dondurulmasından gedir.

Amma Avropa Birliyi 2010-cu ildə keçirilmiş prezident seçkisindən sonra Belarusa qarşı tətbiq edilmiş sanksiyaları qüvvədə saxlayacaq.

Hazırkı sanksiyalar ümumilikdə 201 fiziki şəxsə və 18 şirkətə aiddir.

AzadlıqRadiosuna verilən məlumata görə, onların bir qismi hələ sanksiya altında qalacaq.

Həmçinin Belarusa qarşı silah embarqosu qüvvədə qalacaq.

Bu addım Belarus hakimiyyətinin avqustun sonlarında 8 siyasi məhbusu azad etməsindən sonra atılır.

Avropa rəsmiləri həmçinin Belarusun Ukrayna münaqişəsinin həllində rolunu yüksək qiymətləndirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG