Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:57

Sürüşmə olsa da, Avtovağzalda iş davam edir


-

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı yolda sürüşmə təhlükəsinin olması qurumun işinə mənfi təsir göstərməyib.

Bunu Trend-ə Kompleksin növbə rəisi Məhəmməd Abdullayev bildirib.

Onun dediyinə görə, qurum adi qayda ilə işini davam etdirir.Sərnişinlər üçün heç bir həyati təhlükə yoxdur:

«Sürüşmə olan yolun Bakı Beynəlxalq Avtovağzal Kompleksinə aidiyyəti yoxdur. Ona görə də sərnişinlərimiz adi günlərdə olduğu kimi xidmətlərimizdən istifadə edirlər. Sözügedən yolda isə bir sıra bərkitmə işləri artıq həyata keçirilib».

Oktyabrın 7-də Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında, Bakı istiqamətində gələn yolda sürüşmə baş verib. Yolda istinad divarı əyilib. Avtovağzalın yola yaxın həyətində iri çatlar yaranıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG