Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:33

-

«Facebook»a daha bir yenilik gəlir.

Artıq istifadəçilər dostlarının ad günlərini video ilə təbrik edə biləcəklər.

«Facebook» xidməti təsadüfən seçdiyi 20 min iOS istifadəçisində test edib.

Oktyabrın 8-dən etibarən həmin istifadəçilər dostlarının ad gününü təbrik etmək istəyəndə, yeniliklə qarşılaşıblar. Onlara maksimum 20 saniyəlik bir video çəkməklə arzuları, təbrikləri çatdırmaq imkanı verilib.

«Facebook» bu xidmətlə ad günü təbriklərini daha canlı, daha səmimi etməyi düşünür.

Xidmət test mərhələsindən uğurla keçərsə, 2016-cı ilin üçüncü rübündən etibarən bütün mobil platformalarda işlək olacaq.

XS
SM
MD
LG