Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:19

Jurnalistin məhkəməsi gecikdirilir


Şirin Abbasov
Şirin Abbasov

-

«Bu gün də Şirin Abbasovla görüşə icazə vermədilər. Apellyasiya şikayətim isə iki həftədən çoxdur Yasamal rayon Məhkəməsində saxlanılır, Bakı Apelyasiya Məhkəməsinə göndərilmir».

Bunu AzadlıqRadiosuna MeydanTV-nin həbsdə saxlanan əməkdaşı Şirin Abbasovun vəkili Elçin Sadıqov deyib:

«İnzibati Xətalar Məcəlləsinin 431.3-cü maddəsinə əsasən, inzibati həbs tənbeh növünün tətbiqi barədə qərardan şikayət və ya protest apellyasiya instansiyası məhkəməsinə şikayətin və ya protestin daxil olduğu gün göndərilir. Ancaq Şirin Abbasovun inzibati qaydada həbs edilməsi barədə Yasamal rayon Məhkəməsinin 17 sentyabr tarixli qərarından verdiyim apellyasiya şikayəti artıq iki həftədən çoxdur ki, Yasamal rayon Məhkəməsində saxlanılır. Bakı Apellyasiya Məhkəməsinə göndərilmir. Oktyabrın 5-də qərar mənə veriləndə bildirilmişdi ki, iş həmin gün Bakı Apellyasiya Məhkəməsinə göndəriləcək. Bu gün də Bakı Apellyasiya Məhkəməsində yoxlatdırdım, hələ apellyasiya şikayətimiz məhkəməyə daxil olmayıb».

Vəkil deyir ki, məhkəmənin gecikdirilməsi, onun jurnalistlə görüşə buraxılmaması Şirin Abbasova işgəncə verildiyi şübhələrini artırır: «Bundan başqa Şirin Abbasovu hələ də qanunsuz olaraq Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayırlar».

MeydanTV-nin əməkdaşı Şirin Abbasova sentyabrın 16-da 30 sutka inzibati həbs cəzası verilib. Jurnalist polisə müqavimət göstərməkdə ittiham olunur.
Sentyabrın 3-də Şirin Abbasov Mingəçevir hadisələri ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində dindirilmişdi.

XS
SM
MD
LG