Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:02

-

Sərhədsiz Həkimlər (MSF) təşkilatı bildirir ki, Əfqanıstandakı əməliyyatlarına yenidən baxacaq. Oktyabrın 3-də Kunduz şəhərindəki xəstəxanaya ABŞ-ın hava zərbəsindən azı 22 nəfər həlak olub. İnsident talibançılarla döyüş zamanı baş verib.

MSF bildirir ki, 33 nəfər itkin düşüb. Qurumun baş direktoru Christopher Stokes oktyabrın 8-də Kabildə deyib ki, bu hadisənin sarsıdıcı olması onları Əfqanıstandakı fəaliyyətlərinə yenidən baxmağa məcbur edir.

MSF insidentin beynəlxalq təhqiqatını tələb edir. Hazırda ABŞ ordusu, NATO və əfqan hökuməti ayrı-ayrılıqda 3 təhqiqat aparır.

Günün bütün mövzuları

XS
SM
MD
LG