Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:24

-

“Cırtdan” planet adlandırılan Plutonda mavi səma və donmuş su mövcuddur. Bu barədə ABŞ-ın fəza və aeronavtika agentliyi – NASA-nın “Yeni Üfüqlər” (New Horizons) kosmik aparatı oktyabrın 8-də məlumat yayıb.

Pluton uzaq Koyper kəmərinin üzvüdür. Koyper kəməri Günəş sistemində kometalar və başqa kosmik cisimlərin cəmləşdiyi "kosmik qalereya" adlanır.

“Koyper kəmərində mavi səmanın olduğu kimin ağlına gələrdi? İnanılmazdır,” “Yeni Üfüqlər”in baş tədqiqatçısı Alan Stern deyib.

NASA “Yeni Üfüqlər”in kamerasıyla Plutonun ətrafındakı mavi qatı əks etdirən foto da yayıb. Kosmik aparat Plutona iyulda çatıb, ancaq məlumatlar Yerə tədricən ötürülür.

Daha bir tapıntı isə donmuş sudan ibarət ərazilərdir ki, onlar da sirli şəkildə qırmızı rəngdə görünür. Planetin səthində su görünmür.

2006-cı ildə kosmik səyahətə başlayan kosmik aparat Günəş sistemində 5 milyard km. məsafə qət edərək 9 il sonra Pluton planetinə yaxınlaşıb. Alimlər deyir ki, 700 milyon dollar dəyərində olan kosmik aparat planetə yaxınlaşdıqca aydın olub ki, "cırtdan" planet adlandırılan Pluton daha böyükdür.

Günün bütün mövzuları

XS
SM
MD
LG