Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:26

-

Ötən ay Məkkədə Həcc ziyarəti zamanı basabasda 1221-1399 zəvvar həlak olub. Bunu xəbər qurumlarının müstəqil hesablamaları üzə çıxarıb.

Səudiyyə Ərəbistanı 769 nəfərin öldüyünü bildirmişdi. Müstəqil hesablamalar isə ayrı-ayrı ölkələrin açıqladığı rəqəmlərə əsasən aparılıb.

Məsələn, İran 464, Misir 148, İndoneziya 120 zəvvarının həlak olduğunu bildirib.

İran Səudiyyə rəhbərliyini səriştəsizlikdə ittiham edib.

The Associated Press yazır ki, hadisə zamanı 1399 nəfər həlak olub. Frans Press ölü sayının 1221 olduğunu qeyd edir. Səudiyyə isə sentyabrın 26-dan bəri rəqəmləri yeniləməyib. Hadisə sentyabrın 24-də baş vermişdi.

“Səudiyyənin həcc ziyarəti idarəçiliyinin gözdən salınması krallığın nüfuzuna və İslam dünyasındakı yerinə ziyan vurur,” keçmiş CIA zabiti Bruce Riedel deyib.

Bundan başqa, sentyabrın 11-də isə Məkkədə kranın aşması nəticəsində 111 nəfər həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG