Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 21:01

-

Oktyabrın 9-da səhər saat 8-də parlament seçkiləri üzrə təşviqat kampaniyası başlayıb. Kampaniya oktyabrın 31-i səhər saat 8-dək davam edəcək.

Seçkilər noyabrın 1-də keçiriləcək. 1233 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Ödənişli təşviqatda ölkənin iki televiziyası (İTV və Vision.az internet televiziyası), 18 qəzet, 22 agentlik və internet saytı iştirak edir.

Ödənişli təbliğatın qiymətləri müxtəlifdir. Ən bahalı təşviqat İctimai Televiziyanın efiridir.

Bu telekanalda çıxışların 1 saniyəsi həftənin müxtəlif günlərdə müxtəlif saatlar üçün 20, 22, 24, 30, 35, 50 manat arasında dəyişir.

Ən ucuz çıxış həftənin 1-6-cı günlərində, saat 11:50-dəki çıxışdır. Saniyəsi 20 manat. Ən bahalı vaxt yenə 1-6-cı günlərdə saat 20:20-dəki çıxışdır. Saniyəsi 50 manat. Deputatlığa namizəd saat 22.20-də 5 dəqiqə təşviqat üçün 17 min 700 manat ödəməlidir. Bu isə deputatın birillik əməkhaqqına yaxındır.

İctimai Radioda isə qiymət hər saniyəyə görə 7-25 manat arasında dəyişir.

Qəzetlərdə 1 kvadrat santimetr təşviqat materialı üçün 2-10 manat (rəsmi «Azərbaycan» qəzeti 1 kv. santimetr üçün 2 manatdan 4 manatadək, «Yeni Müsavat» qəzeti 2 manat müəyyən edib) arasında qiymətlər müəyyən edib.

Agentliklərdə isə səhifədən, yerdən və ölçüdən asılı olaraq təşviqat materialları üçün qiymətlər 500-2000 manat arasında dəyişir.

Günün bütün mövzuları

XS
SM
MD
LG