Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:04

NATO Əfqanıstanda əsgərlərini artıra bilər


Kunduz aeroportunda əfqan əsgəri

Kunduz aeroportunda əfqan əsgəri

-

NATO 2016-cı ildən sonra Əfqanıstanda ilkin planlaşdırıldığından daha çox əsgər saxlaya bilər. Bunu alyansın müdafiə nazirləri oktyabrın 8-də Brüsseldə görüşdən sonra deyiblər.

“Hiss edirəm ki, müttəfiqlərin çoxu gərəkərsə, burada daha çox qalmaq istəyir,” NATO-nun baş katibi Jens Stoltenberg deyib.

Əfqan qüvvələri strateji Kunduz şəhərini yenidən alsalar da, ötən ay bu şəhərin bir neçə günlüyə talibanın əlinə keçməsi NATO-nun təlim keçdiyi Əfqanıstan təhlükəsizlik qüvvələrinin qabiliyyəti sarıdan narahatlığı artırıb.

ABŞ-ın Müdafiə naziri Ash Carter görüşə qatılan müttəfiqləri çağırıb ki, əfqan qüvvələrinin təlim müddətinin uzadılması üçün bu ölkədə daha çox qüvvə saxlanmasnı nəzərdən keçirsinlər. O, bir sıra ölkələrin bu yöndə planların dəyişməyə hazır olduğunu bildirib.

Hazırkı plana görə, Birləşmiş Ştatlar 2016-cı ildən sonra əsgərlərini 1000-ə salmalıdı, ancaq qüvvələrin sayı artırıla da bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG