Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:24

-

Hüquq müdafiəçisi Leyla Yunusla həyat yoldaşı, politoloq Arif Yunusun apelyasiya şikayətinə oktyabrın 12-də Bakı Apelyasiya Məhkəməsində baxılacaq. Bu haqda AzadlıqRadiosuna Leyla Yunusun vəkili Elçin Qəmbərov məlumat verib.

Elçin Qəmbərov Leyla Yunusun səhhətinin və psixoloji durumunun ağır olduğunu bildirib: “Səhhəti də, psixoloji durumu da çox pisdir. Normal müalicəsinə imkan verilmir”.

Vəkil Leyla Yunusun hazırkı durumuna saxlanma şəraitinin də təsir göstərdiyini deyir: “Leyla xanıma qarşı müxtəlif təxribatlar baş verir. Ona kamerada “erməni casusu” deyib söz atırlar, təxribata çəkirlər. Psixoloji təzyiq davam edir.”

Elçin Qəmbərov deyir ki, bu təzyiqlərin qarşısının alınması üçün dəfələrlə müraciət edib. Ancaq müraciətlərinə baxılmır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə avqustun 13-də Leyla Yunus 8 il yarım, Arif Yunus 7 il həbs cəzası verilib. Yunuslar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.

Bir sıra beynəlxalq təşkilatlar Leyla və Arif Yunusun həbsini sifarişli sayır. Azərbaycan hakimiyyətini onları azad etməyə çağırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG