Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 17:33

Miqrantların deportasiyası intensivləşəcək


Avropa İttifaqının hökumətləri İttifaqın sərhəd qüvvələrinin yaradılması və qanunsuz miqrantların deporatasiyasının sərtləşdirilməsi barədə razılaşma əldə edib.

Avropa İttifaqının hökumətləri İttifaqın sərhəd qüvvələrinin yaradılması və qanunsuz miqrantların deporatasiyasının sərtləşdirilməsi barədə razılaşma əldə edib.

Avropa hökumətlərinin qəbul etdiyi sazişdə deyilir ki, “öz vətənlərini ölümün pəncəsindən qurtarmaq üçün tərk edənlərdən başqa” bütün miqrantların deportasiyası sürətləndiriləcək.

Saziş həmçinin onu imzalayan ölkələrdən qanunsuz miqrantların dərhal deportasiya olunmasını tələb edir.

Bu da xatırladılıb ki, ötən il deportasiyası əmr edilmiş miqrantların yalnız 40 faizi həqiqətdə deportasiya olunub.

Fransa Avropa İttifaqının xarici hüdudlarına nəzarət edən Frontex sərhəd xidmətinin gücləndirilməsinə çağırıb.

Əldə olunmuş razılaşmada sərhəd xidmətlərinə miqrantların geri qaytarılması üçün daha geniş səlahiyyətlərin verilməsi təklif olunur.

XS
SM
MD
LG