Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:26

ABŞ Rusiyaya sərt münasibətini dəyişməyəcək


Victoria Nuland
Victoria Nuland

ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə müavini Victoria Nuland bəyan edib ki, Minsk sazişinin bütün şərtləri yerinə yetirilənədək Moskvaya sərt münasibət dəyişməyəcək

ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə müavini Victoria Nuland bəyan edib ki, Ukraynada əldə olunmuş razılaşmaya baxmayaraq, Vaşinqton Minsk sazişinin bütün şərtləri yerinə yetirilənədək Moskvaya sərt münasibətini dəyişməyəcək.

Xanım Nuland bu bəyanatı Senatın Xarici Əlaqələr Komitəsindəki çıxışında verib.

O həmçinin bildirib ki, Rusiya Ukraynadakı hərbçilərini oradan çıxarmadıqca Moskva üzərindəki sanksiyalar qüvvədə qalacaq.

“Biz Rusiya və separatçıları sözlərinə yox, əməllərinə görə mühakimə edəcəyik” – deyib xanım Nuland.

XS
SM
MD
LG