Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:07

Azərbaycanda bugünədək 1 233 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Bunu APA-ya Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

O deyib ki, bu, 1 yer uğrunda təxminən 10 namizədin mübarizə aparacağı deməkdir.

Deputatlığa namizədliyi qeydə alınanlardan 274 nəfərinin namizədliyi 15 partiya tərəfindən, 18 nəfərin namizədliyi “Azadlıq-2015” siyasi partiyalar bloku, 2 nəfərin namizədliyi təşəbbüs qrupu tərəfindən verilib, digərləri isə müstəqil namizədlərdədir.

MSK sədrinin sözlərinə görə, indiyə qədər MSK-ya daxil olan 23 müraciətdən 9-u təmin edilib, 14-ü isə təmin olunmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG