Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:27

2015-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı belaruslu jurnalist və yazıçı Svetlana Alexievichə verildi.

67 yaşlı Alexievich keçmiş kitablarında Çernobl faciəsi və keçmiş Sovet İttifaqının süqutu da daxil olmaqla Sovet vaxtı və ondan sonra Belarusda baş verən vacib hadisələrdən yazır.

“Cernoblın səsi”, “Second-Hand vaxtı” və “Sink oğlanlar”onun ən məşhur kitablarındandır.

İsveç akademiyası bu mükafatın ona çoxsəsli yaradıcılığı və indiki dövrün ağrıları və qətiyyətinin abidəsi olmasına görə verildiyini bəyan edib.

Həftənin əvvəllərində isə tibb, fizika və kimya üzrə qaliblər elan edilib.

Həftənin sonlarında isə Nobel sülh mükafatının qalibi bəlli olacaq.

Ənənəyə görə, təqdimat mərasimi dekabrın 10-da Stokholmda keçirilir.

Bu gün Nobel mükafatının banisi Alfred Nobelin vəfat etdiyi gündür.

2015-ci ildə verilən mükafatların hər biri 953 min dollar məbləğindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG