Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:48

Rusiyanın keçmiş maliyyə naziri Aleksei Kudrin hesab edir ki, ölkədə pensiya həddi 3 ildən-prezident seçkisindən sonra qaldırılacaq.

Kudrinin sözlərinə görə, hökumət parlament və prezident seçkiləri ərəfəsində xoşagəlməz qərar qəbul eləmək istəmir.

O qeyd edib ki, əsas problem demoqrafiya və pensiya həddinin qaldırılmasıdır, çünki bu gün ölkənin pensiya sistemində 50 faiz kəsir var.

Baş nazir Dimitry Medvedev bu yaxınlarda hökumətin yaxın vaxtlarda pensiya həddini qaldırmaq fikrində olmadığını vurğulayıb.

Maliyyə naziri Anton Siluanov sentyabrın sonlarında sığorta haqqını artırmadan pensiya sistemini balanslaşdırmaq üçün təcili bu məsələni həll eləməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG