Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:37

Anna Politkovskaya mükafatı 2015-ci ildə suriyalı qadın jurnalist Kholoud Waleedə verilib.

Bu mükafatı beynəlxalq QHT olan “Bütün qadınları müharibədə qoruyun” təşkilatı təsis edib.

Kholoud Waleed gizli “Enab Baladi” qəzetinin redaktorudur.

O və həmkarları hər gün həyatlarını təhlükəyə ataraq ölkədə və dünyadakı oxucularına Suriyada gedən vətəndaş müharibəsi barədə məlumatlar verirlər.

İndiyədək qəzetin 3 əməkdaşı müharibədə həlak olub, bir neçəsi isə hazırda həbsdədir.

Anna Politkovskaya mükafatı artıq Londonda 9-cu dəfədir verilir.

İlk mükafat 2009-cu ildə öldürülən jurnalist və hüquq müdafiəçisi Natalya Estemirovaya verilib.

Oktyabrın 7-də Anna Politkovskayanın Moskvada qətlinin 9 ili tamam oldu.

Günün bütün mövzuları

XS
SM
MD
LG