Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:44

“Rusiyanın Suriyada hərbi fəaliyyətinin genişlənməsi ciddi narahatlıq doğurur”.

Bunu oktyabrın 8-də Brüsseldə NATO-nun baş katibi Jens Stoltenberq müdafiə nazirlərinin görüşü ərəfəsində deyib.

O Türkiyənin hava hüdudlarının pozulmasının qarşısını almaq üçün alyansın bu ölkədə qüvvələr yerləşdirməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Rusiya təyyarələri son günlər bir neçə dəfə Türkiyənin hava hüdudlarına daxil olublar.

Stoltenberq qeyd edib ki, NATO son hadisələr və onun nəticələrini alyansa təhlükə kimi qiymətləndirəcək.

Rusiya sentyabrın 30-dan Suriyada hava əməliyyatlarına başlayıb.

Oktyabrın 7-də isə Xəzərdən Suriyanın qərbinə 26 qanadlı raket buraxıb.

Həmin ərazilərin Bashar Assad rejiminə qarşı mübarizə aparan üsyançıların nəzarətində olduğu bildirilir.

ABŞ deyir ki, Rusiya İslam Dövləti qrupundan daha çox üsyançıların mövqelərini vurur.

Günün bütün mövzuları

XS
SM
MD
LG