Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:47

-

Azərbaycanda orta məktəb müəllimlərinin həm attestasiyası, həm də sertifikasiyası yalnız ölkə üzrə bütün müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirməsi başa çatdıqdan sonra həyata keçirilə bilər.

Bunu Trend-ə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib. İ.Nağıyev qeyd edib ki, diaqnostik qiymətləndirmədən sonra bütün müəllimlərin bilik və bacarıqlarının səviyyəsi məlum olacaq: «Diaqnostik qiymətləndirmə bu işdə ilk mərhələ hesab edilir».

Nazirlik rəsmisi əlavə edib ki, ancaq sertifikasiya və attestasiya diaqnostik qiymətləndirmə formatında olmayacaq:

«Diaqnostik qiymətləndirmədə müəllimin ixtisas və metodiki bilikləri nəzərə alınır, amma onun peşəkarlığı ilə bağlı bütün cəhətlər nəzərə alınmır. Çünki diaqnostik qiymətləndirmənin özünün xidmət etdiyi konkret istiqaməti var. Amma attestasiyanın daha geniş formatda olması düşünülür. Attestasiya zamanı ola bilər ki, müəllim yalnız test imtahanı verməsin, o, həm də müsahibə mərhələsindən keçsin. Yaxud müəyyən müəllimlərdən bilik və bacarıqlardan başqa qabiliyyət imtahanı verməsi də tələb olunsun».

İ.Nağıyev bildirib ki, ölkənin bütün müəllim kontiginenti 150 min nəfərdən çox olduğuna görə, attestasiyanın bütün ölkə ərazisini əhatə etməsi müəyyən qədər vaxt aparacaq: «Ola bilər ki, attestasiya da diaqnostik qiymətləndirmə kimi tədricən, regionlar üzrə olsun».

Təhsil Nazirliyi ötən il Bakıda müəllimlər diaqnostik qiymətləndirmə keçirib. Bu ilin sonuna kimi 12 rayon və şəhər üzrə də qiymətləndirmə keçiriləcəyi nəzərdə tutulub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG