Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:21

Ağ Ev qeyri-uçuş zonasını dəstəkləmir


Suriyalı qaçqınlar Türkiyədə

Suriyalı qaçqınlar Türkiyədə

-

Obama administrasiyası Suriyada qeyri-uçuş zonalarının yaradılmasını müzakirə edib, ancaq bu barədə hər hansı qərar verilməyib. Bunu oktyabrın 7-də ABŞ rəsmiləri deyib.

CNN-in məlumatına görə, Dövlət katibi John Kerry Suriyanın Türkiyə ilə sərhədində qeyri-uçuş zonası yaradılmasının mümkünlüyündən danışıb. Bu ideya ötən həftə Milli Təhlükəsizlik Şurasına təqdim olunub.

“Biz İslam Dövlətilə mübarizənin ən yaxşı yollarını müzakirə edirik,” Dövlət Departamentinin sözçüsü John Kirby deyib. “Türklərin İŞİD-in Suriyanın şimalında hərəkəti ilə bağlı narahatlığını müzakirə etmişik”.

Türkiyə İD və kürd silahlılarının sərhədindən uzaq durması üçün qeyri-uçuş zonası təklif edir. Həmin ərazidə həm də suriyalı qaçqınların yerləşdirilməsi təklif olunur.

Ağ Evin sözçüsü Josh Earnest deyib ki, qeyri-uçuş zonası “hal-hazırda müzakirə etdiyimiz məsələ deyil”.

ABŞ prezidentliyinə namizədlər bu ideyaya isti yanaşıb. Prezident Barack Obama isə ötən həftə bu variantı “yarıbişmiş”, qeyri-işlək adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG