Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:36

-

İranın ali dini rəhbəri Ayatollah Ali Khamenei İranla Birləşmiş Ştatlar arasında hər hansı əlavə danışıqları qadağan edib. Bu, iki ölkə arasındakı onillərdir davam edən soyuqluğu bitirməyə ümid bəsləyən vasitəçilərə zərbə hesab olunur.

Khamenei ötən ay da demişdi ki, dünya gücləri ilə nüvə sazişi əldə olunandan sonra Birləşmiş Ştatlarla heç bir danışıq ola bilməz. Ancaq birbaşa qadağa qoymamışdı.

Onun bəyanatları mötədil prezident Hassan Rohani ilə ziddiyyət təşkil edir. Rohani deyib ki, hökuməti Suriyadakı böhranın həlli üçün Birləşmiş Ştatlarla danışıqlara hazırdır. Suriyada bu İran Assad rejimini, ABŞ müxalifəti dəstəkləyir.

“Birləşmiş Ştatlarla danışıqlar onların iqtisadi, mədəni, siyasi və təhlükəsizlik nüfuzuna yol açır. Hətta nüvə danışıqları zamanı belə onlar milli maraqlarımıza ziyan vurmağa çalışırdılar,” Khamenei deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG