Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:56

-

Rusiyanın qaz nəhəngi Gazprom deyir ki, Türkiyə ilə nəhəng kəmər layihəsi ertələnəcək. Söhbət Türk Axını layihəsindən gedir.

Bu arada Suriya münaqişəsinə görə Moskvayla Ankara arasında gərginlik artmaqdadır.

“Hökumətlərarası müqavilə olmadığı üçün işlərin görülmə çərçivəsi də təxirə düşür,” Gazprom rəhbərinin müavini Alexander Medvedev oktyabrın 7-də Moskvada jurnalistlərə deyib. Gələn il dörd kəmərdən birincisi tikilməliydi.

“Nə qədər müddətə ertələnməsi sazişin imzalanmasından asılıdır. Son tarix bir il geri çəkilsə, bu, faciə olmayacaq,” o, sözlərinə əlavə edib ki, siyasi gərginliyin bunda rolu yoxdur.

Rusiyanın Suriyaya hava zərbələrinə başlaması Ankaranı özündən çıxarıb. Türk liderləri bunu “ciddi səhv” adlandırıblar.

Bu həftə Rusiya təyyarələri Türkiyənin hava məkanını iki dəfə pozub ki, bu da NATO üzvünün qəzəbini doğurub.

Bu hava kampaniyasından öncə Rusiya və Türkiyə ötən ay razılığa gəlmişdilər ki, Türk Axını layihəsi qazın qiyməti üzr çətinlik və narazılıqlara baxmayaraq davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG