Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:02

Rusiya Suriyada vasitəçiliyə hazırdır


Rusiya XİN-in sözçüsü Maria Zakharova
Rusiya XİN-in sözçüsü Maria Zakharova

Rusiya bildirib ki, Suriya müxalifətinin qruplaşmalarından biri - Azad Suriya Ordusu ilə əlaqə yaratmağa və böhranın siyasi həlli yollarını müzakirə etməyə hazırdır.

-

Rusiya bildirib ki, Suriya müxalifətinin Qərb tərəfindən dəstəklənən mötədil qruplaşmalarından biri - Azad Suriya Ordusu ilə əlaqə yaratmağa və böhranın siyasi həlli yollarını müzakirə etməyə hazırdır.

Rusiyanın Xarici İşlər Nazirliyi bildirib ki, Azad Suriya Ordusunu “Suriya böhranının siyasi çözümü üçün hökumət və vətənpərvər müxalifətin danışıqları prosesinə dəvət etmək istəyir”.

Nazirliyin sözçüsü Maria Zakharova həmçinin deyib ki, Moskva İslam Dövləti qruplaşmasına qarşı döyüşmələri üçün Azad Suriya Ordusu ilə Assad qüvvələrinin birləşməsinə kömək edə bilər.

Hazırda Azad Suriya Ordusu Assad qüvvələrinə qarşı döyüşür.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, bu ideya həmçinin Fransa prezidenti Francois Hollande tərəfindən də dəstəklənir.

Bununla belə, Fransanın Xarici İşlər Nazirliyi məsələyə aydınlıq gətirərək bildirib ki, belə bir əməkdaşlıq Assad hakimiyyətdə qaldıqca mümkün olmayacaq.

XS
SM
MD
LG