Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:29

Rusiya Suriya müharibəsinin siyasi həlli yollarını tapmaq üçün qərbin dəstəklədiyi “Azad Suriya Ordusu” ilə əməkdaşlığa hazır olduğunu bəyan edib.

Rusiyanın daxili işlər nazirliyi oktyabrın 7-də bildirib ki, Moskva bu qrupun Suriya münaqişəsinin siyasi həlli ilə bağlı danışıqlar prosesinə daxil olmasını istəyir.

Nazirliyin sözçüsü Maria Zakharova həmçinin bildirib ki, Moskva İslam Dövləti və digər terrorçu qrupları məğlub eləmək üçün Assad qüvvələrinin “Suriya Azadlıq Ordusu” ilə birləşməsinə kömək etməyə hazırdır.

Qeyd edək ki, “Suriya Azadlıq Ordusu” Moskvanın dəstəklədiyi Bashar Assad rejiminə qarşıdır.

Rusiya prezidenti Vladimir Putinin sözlərinə görə,Fransa prezidenti Francios Hollande İslam Dövləti qrupunu məğlub eləmək üçün Assada sadiq qüvvələrlə “Suriya Azadlıq Ordusu”nun birləşdirilməsini təklif edib.

Fransanın xarici işlər naziri Laurent Fabius isə bu arada bildirib ki, nəqədər ki Assad hakimiyyətdədir, Suriya ordusu ilə əməkdaşlıq mümkün deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG